5 Fevral 2024 18:19
2006-2023-cü illərdə Azərbaycanda 3 627 332 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Metbuat.az xəbər verir ki, bunlardan 943 362-si ilkin qeydiyyat, 2 683 970-i təkrar qeydiyyatın payına düşüb.
Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi yaşayış və bağ evi, 1 064 199-u mənzil, 1 783 097-si torpaq sahəsi, 77 784-ü qeyri-yaşayış sahəsi, 67 628-i qeyri-yaşayış obyekti, 12 694-ü əmlak kompleksi, 919-u çoxmərtəbəli yaşayış binası olub.
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ən yüksək göstərici ardıcıl olaraq 2023, 2022, 2021, 2019 və 2020-ci illərdə qeydə alınıb. Məsələn, ötən il ölkədə 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bu, 2022-ci illə müqayisədə 25 % çoxdur. Mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i mənzil, 316 596-sı torpaq sahəsi, 7 457-si qeyri-yaşayış sahəsi, 10 698-i qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış binası olub.