METBUAT.AZ

Siyasət

Azərbaycanda bələdiyyələrin sayı

23 Fevral 2024 16:52

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.


metbuat.az.