19 Fevral 2024 10:11
Lənkəranda 6 yaşlı qız qızılcadan dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, Lənkəranın Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Azyaşlını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.