1 Fevral 2024 21:45
Parlamentin iclasında hərbi xidmətə çağırışla bağlı maraqlı fikirlər səsləndirilib.
Metbuat.az xəbər verir ki, deputat Elnur Allahverdiyev bildirib ki, çağırışçılar dövlət büdcəsinə vəsait ödəməklə 2 ay və ya 6 ay hərbi xidmət edə bilər. Deputatın təklifinə görə, ali savadlı şəxslər büdcəyə vəsait ödəməklə 2 ay hərbi xidmətdə ola bilər. 1 il yarım hərbi xidmət edənlər isə dövlət büdcəsinə vəsait ödəməklə 6 ay xidmət edə bilər.
Deputat hesab edir ki, belə olduqda gənclər təhsilə daha çox vaxt ayıra bilər.