METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda nağd pulun həcmi açıqlandı

27 Fevral 2024 17:35

Azərbaycanda 2023-cü ildə manatla pul bazası 19.6% artaraq 20.9 mlrd. manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Qeyd edilib ki, il ərzində pul bazasına Mərkəzi Bankın valyuta müdaxiləsi və vahid xəzinə hesabının qalığının dəyişimi artırıcı, sterilizasiya əməliyyatları isə azaldıcı təsir edən əsas amillər olub.

Hesabat ilində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 17.3 mlrd. manata, manatla müxbir hesabların qalığı isə 3.5 mlrd. manata yüksəlib.


metbuat.az.