13 Fevral 2024 13:01
Cari ilin yanvar ayında Azərbaycanda 481 min. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 14% azdır.
Metbuat.az xəbər verir ki, 2023-ci ilin yanvarında Azərbaycanda 559 mln. ton neft emal edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.