METBUAT.AZ

Ölkə

Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı

16 Fevral 2024 17:25

Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.


metbuat.az.