METBUAT.AZ

Gündəm

Azərbaycanda seçici səs verərkən öldü

8 Fevral 2024 09:16

Kürdəmirdə seçici səsvermə zamanı ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə dünən saat 10 radələrində rayonun Carlı kəndində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Süleymanov İsmayıl Əlqoca oğlu 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs verərkən ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az


metbuat.az.