8 Fevral 2024 17:33
Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi uçotda olub.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunun 87,3 %-ni fiziki şəxslər, 12,7 %-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.
Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8 %, o cümlədən fiziki şəxslərin də sayı 8 % (ümumi artımın 86,7 %-i), hüquqi şəxslərin sayı isə 8,4 % ( ümumi artımın 13,3 %-i) artıb.