29 Fevral 2024 18:18
Bu ilin yanvar ayında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 187,9 milyon manatlıq əməliyyat aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.