16 Fevral 2024 11:53
"Türkiyədə baş verən zəlzələ hal-hazırda Azərbaycana ümumiyyətlə təsir etməyəcək. Çünki heç bir tektonik baxımdan qonşuluq yoxdur. Amma Azərbaycanda hiss olunan zəlzələlər 2024-cü il ərzində baş verəcək".
Bu sözləri Metbuat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.
O bilbirib ki, Türkiyədəki olan tektonik pilitə, tektonik meqabloq nəhəng bir blokdur.
" O meqabloq Türkiyədən Qafqaz ərazisini və Azərbaycanı əhatə etməklə Xəzər dənizindən Türkmənistana qədər gedib çıxır. Bu ümumiyyətlə geniş zolaqlı bir tektonik blokdur. O səbəbdən bu meqablokda xırda pozulmalar, qırışıqlılar. Qırılmalar mövcuddur. Və təbii ki öncədən qeyd etdiyim kimi, əlaqəli düz xəttli təsir yoxdur. Lakin, mən öz çıxışlarımda qeyd etmişdim ki, 2024-cü il superteksonik və seysmik aktivliyi ilə səviyyələnəcək. Dünyada maqmatik, Azərbaycanda isə palçıq vulkanlarının püskürməsi istisna deyil. Ümumi qeyd edə bilərəmki, hiss olunan zəlzələ baxımından təhlükə var. Yəni hiss olunan zəlzələlər 2024-cü il ərzində baş verəcək.
Seyranə Quliyeva / Metbuat.az