6 Fevral 2024 12:23
Xəbər verdiyimiz kimi, son günlərdə mediada Fransanın Ermənistanı Azərbaycanla hərbi qarşıdurmaya təşviq etməsi ilə bağlı məlumatlar yayımlanır.
Rəsmi Parisin şərti sərhədə missiya yerləşdirməsi, jandarm generalını bura göndərməsi də bir mesaj sayıla bilər. Bəs İrəvan yenidən belə bir münaqişəyə cəhd edə bilərmi?
Bununla bağlı Metbuat.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, İrəvanın belə bir şeyə cəsarət etməsi xəyal ola bilər: "Amma gerçəklikdə çox böyük bir problem yaşaya bilərlər. İstər Fransa, istər Ermənistan. Ona görə də, Azərbaycanı belə hədələrlə qorxutmaq mükün deyil. Azərbaycan öz torpaqlarını qorumaq üçün istənilən fədakarlığı edəcək. Həm də Azərbaycan bu prosesdə tək deyil. Türkiyədə bizim müttəfiqimizdir. Hər hansı ölkə Ermənistanın müttəfiqi roluna girib, Azərbaycanla bu problemləri həll etməyə çalışarsa, savaş çıxararsa, böyük bir qapaz alacaq. Bunu bir mənalı şəkildə bilməlidirlər".
Seyranə Quliyeva / Metbuat.az