23 Fevral 2024 00:14
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Metbuat.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olub.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 72:53.
Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.