16 Fevral 2024 18:29
Cari ilin yanvar ayında Azərbaycan İsrailə 296 946,74 min ABŞ dolları dəyərində 523 553,89 ton neft ixrac edib. Bununla da İsrail Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Tailand qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 115 322,09 min dollar dəyərində 189 175,53 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İtaliya tutur (adətən birinci yerdə qərarlaşır – red.). Cari ilin yanvarında bu ölkəyə 110 546,51 min dollar 179 236,62 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10 ölkəyə 863 453,89 min dollarlıq 1 462 278,29 ton neft ixrac edib.
Azərbaycanın cari ilin yanvar ayında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcmi və dəyərinə görə):
№ | Ölkәlәr | Miqdar (ton) | Statistik dәyәr (min ABŞ dolları) |
- | Cәmi | 1 462 278.29 | 863 453.89 |
1 | İsrail | 523 553.89 | 296 946.74 |
2 | Tailand | 189 175.53 | 115 322.09 |
3 | İtaliya | 179 236.62 | 110 546.51 |
4 | Portuqaliya | 138 692.12 | 87 859.10 |
5 | Hindistan | 131 887.42 | 79 605.46 |
6 | Tunis | 130 227.89 | 77 525.79 |
7 | İndoneziya | 86 721.65 | 52 551.84 |
8 | İspaniya | 76 534.64 | 39 881.49 |
9 | Türkiyә | 5 355.34 | 2 780.78 |
10 | Özbәkistan | 893.20 | 434.09 |