7 Fevral 2024 15:20
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxt ilə səhər saat 08:00-də başlayan səsvermə axşam saat 19:00-da başa çatıb.
Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər.
Bayram əhval ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər.