6 Fevral 2024 10:06
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 93 yaşında vəfat edib.
Metbuat.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rəfiqə Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951-52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951-71). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.