16 Fevral 2024 13:48
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Metbuat.az verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,2 % azdır.
Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,8 % azalıb, idxal isə 19,2 % azalıb.
Son nəticədə xarici ticarətdə 702 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 51,3 % çoxdur.