21 Fevral 2024 13:46
Smart tipli sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır.
Metbuat.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
"Mətbuat vasitəsilə abonentlərə bir daha çağırış edərək demək istəyirik ki, smart sayğacların balansını artırmaq üçün kartları ən az 3 saniyə sayğaca yaxın saxlamaq lazımdır. Çünki oxunma prosesi gedən zaman kartın uzaqlaşdırılması, prosesin yarıda qalmasına səbəb olur. Bütün hallarda daxil olan müraciətlər araşdırılır", - Araz Məmmədzadə qeyd edib.
Onun sözlərinə görə, 90% hallarda problem vətəndaşların kartlardan düzgün istifadə etməməsindən qaynaqlanır. Müraciətlərin 1-i sayğacların istehsal qüsurundan, 9%-i isə terminallardakı problemlərdən yarana bilir.