METBUAT.AZ

Ölkə

Bakı-Qəbələ qatarları bu tarixlərdə hər iki istiqamətdə işləyəcək

8 Fevral 2024 18:15

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Metbuat.az xəbər verir ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yararlanmaq olar.


metbuat.az.