METBUAT.AZ

Hadisə

Bakıda 13 min manatlıq

2 Fevral 2024 12:06

Bakıda evlərdən oğurluq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.

Araşdırma aparılır.


metbuat.az.