METBUAT.AZ

Hadisə

Bakıda evdən 35 min manatlıq qızıl

9 Fevral 2024 10:31

Bakının Yasamal rayonunda evdən 35 min manatlıq qızıl oğurlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.