2 Fevral 2024 09:24
Bakıda 11 yaşlı qız dəm qazından boğulub.
Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsində, Binə Südçülük sovxozu ərazisində baş verib. 2013-cü il təvəllüdlü İsmayılova Mədinə Kamran qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.