24 Fevral 2024 14:49
2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 183 manat olub.
Bu barədə Metbuat.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci illə müqayisədə 6,8 % çoxdur.
Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 % artaraq 933,8 manata çatıb.