21 Fevral 2024 14:51
2023-cü ildə Bakı şəhərində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 572,9 milyon manatlıq məhsul satılıb.
Metbuat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 7,6% artıb.
Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat (illik müqayisədə 2.3% çox), qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat (illik müqayisədə 16% çox) vəsait xərcləyib.
Ötən il Bakı şəhərində ən yüksək pərakəndə ticarət dövriyyəsi dekabr ayında ( 5 milyard 832 milyon manat), ən aşağı dövriyyə isə aprel ayında (2 milyard 75 milyon manat) qeydə alınıb.
Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i (35 504,7 milyon manatı) özəl sektorunun təsərrüfat subyektləri tərəfindən satılıb.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.
Rayonlar | 2022-ci il min. manat | 2023-cü il min. manat |
Nəsimi | 3 929 906 | 4 695 085 |
Sabunçu | 3 908 068 | 4 419 865 |
Nizami | 3 390 404 | 4 061 523 |
Xətai | 3 524 587 | 4 048 014 |
Nərimanov | 3 119 095 | 3 493 255 |
Qaradağ | 2 825 671 | 3 225 367 |
Yasamal | 2 764 505 | 3 150 508 |
Səbail | 2 395 376 | 2 937 102 |
Binəqədi | 2 480 824 | 2 769 583 |
Suraxanı | 1 568 154 | 1 652 734 |
Xəzər | 900 649 | 1 105 191 |
Pirallahı | 11 847 | 14 701 |