1 Fevral 2024 10:15
La Liqanın 22-ci turunda “Barselona” “Osasuna” klubun qəbul edib.
Metbuat.az xəbər verir ki, matçda bir qol vurulub. “Barselona”nın yeni transferi Vitor Roke 63-cü dəqiqədə fərqlənib. Bu futbolçunun “Barselona” klubunda ilk qolu olub. Hücumçu qoldan sonra sevinc gözyaşlarına hakim ola bilməyib. Oyundan sonra futbolçu belə deyib:
"Vurduğum ilk qola və qələbəyə görə çox şadam. Vacib olan üç xalı qazandıq, mən də eyni zamanda uzun müddətdir axtardığım qolu vurdum. Hər kəsə minnətdaram. Uşaqlıq vaxtlarımı xatırlayıram. Bu forma ilə qol vurmaq o vaxtdan ən böyük arzum idi. Arzum həyata keçdi".