20 Fevral 2024 03:14
Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix köməkçi məşqçi Zolt Lövlə dalaşıb.
Metbuat.az-ın məlumatına görə, hadisə Bundesliqanın XXII turunda “Bohum”la keçirilən oyundan sonra baş verib.
2:3 hesabı ilə məğlub olduqları qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənən 29 yaşlı futbolçu buna narazılığını bildirib. Bu da Lövlə onun arasında mübahisəyə səbəb olub. Hadisənin böyüməsinin qarşısı son anda alınıb.