8 Fevral 2024 11:10
Türkiyədə benzin və dizelin qiyməti yenidən bahalaşıb.
Benzinin 1 litrində 0,55 lirə, dizelin hər litrində isə 0,69 lirə artım olub. Yeni qiymətlər bu gündən tətbiq olunmağa başlayıb. Belə ki, hazırda benzinin qiyməti 19,21 lirə, dizel yanacağının satış qiyməti isə 25,21 lirədir. Bəs Azərbaycanda benzin və dizel bahalaşa bilərmi?
Bu barədə Metbuat.az-a danışan iqtisadçıXalid Kərimli bildirib ki, Türkiyədəki qiymət dəyişikliyinin bizə heç bir təsiri olmayacaq: "Çünki bizdə qiymətlər bazar qiymətləri ilə tənzimlənmir və ya Türkiyədəki kimi hər dəfə qiymətlər qalxmır. Məsələn, benzinin qiyməti 1 manatdır və bir müddətdir ki, qiymət dəyişmir. Premium benzinin qiyməti 2 manatdır və dəyişmir. Hal-hazırda benzinin qiymətinin qalxması üçün heç bir iqtisadi əsas yoxdur. Çünki, dünyada neftin qiymətinin 1 ilə yaxındır stabilləşməsi müşahidə olunur. Hətta əsaslı gözləntilər var ki, premium benzinin qiyməti enməlidir".
Seyranə Quliyeva / Metbuat.az