METBUAT.AZ

Siyasət

Binəli Yıldırım Prezident İlham Əliyevə

9 Fevral 2024 14:56

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezidentim.

Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.

Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkilərin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm”.


metbuat.az.