3 Fevral 2024 13:19
ABŞ Dövlət katibi Entoni Blinkenin 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfəri gözlənilir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Dövlət katibi qalan bütün girovların azad edilməsini təmin edən və Qəzzadakı mülki şəxslərə humanitar yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar fasilədən ibarət razılığın əldə edilməsi üçün diplomatik səyləri davam etdirəcək”, - Miller vurğulayıb.
Seyranə Quliyeva / Metbuat.az