METBUAT.AZ

Ölkə

Borca görə axtarışda olan

3 Fevral 2024 09:47

Fevralın 2-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.


metbuat.az.