METBUAT.AZ

Dünya

Böyük Britaniyanın neft tankerinə raket zərbələri endirilib

17 Fevral 2024 14:31

Yəməndə husilərin “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə Böyük Britaniyanın neft tankerinə raket zərbəsi endirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

O qeyd edib ki, Yəmən donanması Qırmızı dənizdə Britaniya neft tankeri “Pollux”a qarşı əməliyyat keçirib və ona çox sayda gəmi əleyhinə raketlə hücum edib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.