29 Fevral 2024 16:37
Alternativ müalicə sahələrində və elm aləmində tez-tez adı çəkilən bitkinin bir çox faydası var. Mülayim iqlimi olan bütün torpaqlarda bitir və yüksək miqdarda C vitamini ehtiva edir. Antioksidant və antimikrobiyal xüsusiyyətlərə malik olan bitkinin tərkibində dəmir, histamin, C vitamini, xlorofil və asetilkon var, həm də ağrıkəsici təsir göstərir.
Metbuat.az xarici mediaya istinadən gicitkənin faydalarını təqdim edir:
- Tərkibində C və A vitaminləri olduğu üçün orqanizmi toksinlərdən təmizləyir
- Orqanizmdə zərərsizləşdirilən toksinlərin atılmasında böyük rol oynayır
- Böyrək, sidik kisəsi və öd kisəsində əmələ gələn qum və daşların asanlıqla çıxarılmasını təmin edir
- Böyrək daşlarının/qum əmələ gəlməsinin də qarşısını alır
- Sidikqovucu xüsusiyyətləri sayəsində sidik kisəsini ödem və infeksiyadan qoruyur
- Onun toxumu lens sistemini stimullaşdırır; Böyrəklərdən artıq toksinləri çıxarmağa kömək edir
- Tərkibindəki yüksək C vitamini və dəmir sayəsində qırmızı qan hüceyrələrinin əmələ gəlməsini sürətləndirir
- Qanın təmizlənməsinə kömək edir, qan azlığını və xroniki yorğunluğu da aradan qaldırır
- Tərkibindəki karotenoid sayəsində göz sağlamlığını da qoruyur
- Tədqiqatlar göstərir ki, prostat xərçənginə xeyirlidir
- Ürək-damar sağlamlığının qorunmasında və sümüklərin möhkəmlənməsində mühüm rol oynayır
- O, həmçinin diş əti qanamasının və iltihabının qarşısını alır
- Bitkinin 100 qramında 80 qram su olduğu üçün sidikqovucu funksiyanı da yerinə yetirir
- Astma və saman qızdırması kimi yuxarı tənəffüs yollarının xəstəliklərini aradan qaldırır
- Saç tökülməsi azaldır
- Dəri sağlamlığı üçün də çox faydalı olan bitki sızanaq əmələ gəlməsinin qarşısını alır
- İshal və ürəkbulanmaya yaxşı təsir edən bitki artrit, revmatizm və oynaq ağrılarını da xeyli azaldır
- Gutun müalicəsində də çox təsirlidir
-Bağırsaqların nizamlı işləməsinə kömək edir
- Sidikqovucu xüsusiyyətləri ilə tanınır və maddələr mübadiləsini sürətləndirən təsir göstərir
- Ağız qoxusunun aradan qaldırır
Seyranə Quliyeva / Metbuat.az