METBUAT.AZ

Ölkə

Bu bitki ən güclü ağrıkəsici imiş

3 Fevral 2024 09:38

Mixək - mixək bitkisinin qönçəsdir. Çəhrayı və ya qırmızı rəngdə olur. Çiçək qurudulur və bu qara ədviyyat əmələ gəlir. Çiçək qırmızı və ya çəhrayı rəngdə olur. Əmələ gələn ədviyyat isə qara və sərtdir. Bu bitki "Plantae" və "Myrtaceae" çiçək ailəsinə aiddir. Onun binomial adı “Syzygium aromaticum”dur. Mixəyin tərkibində güclü və ətirli dad verən kimyəvi eugenol var. O, həmçinin Hindistan təbabətində bir neçə növ xəstəliyin müalicəsi üçün istifadə olunur.

Mixək kiçik ədviyyat olsada, sağlamlıq üçün çox xeyirli bitkidir. Mixək antibakterial, antiseptik və ağrıkəsici xüsusiyyətlərə malikdir. Bu ədviyyat diş ağrıları, diş əti problemləri, qusma, iltihab, öskürək, soyuqdəymə və s. bu kimi xəstəliklərin qarşısının alınması üçün ən təbii vasitədir. Həmçinin bitki bütün il boyu yetişir.

Mixək dəmir, manqan, pəhriz lifləri, niasin, kalium və s. baxımından zəngindir. Bunlarda qan laxtalanması və qırmızı qan hüceyrələrinin meydana gəlməsi üçün çox faydalıdır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.