23 Fevral 2024 17:25
Astroloqların fikrincə, yeni ay bəzi bürclər üçün yeni ümidlərlə gələcək. Bu bürclərin cibləri mart ayında pulla dolu olacaq. Gələn ay onların maliyyə tərəfləri güclənəcək.
Metbuat.az bu haqqda olan proqnozu təqdim edir:
21 mart - 20 aprel tarixləri arasında doğulan və od elementi olan Qoçlar mart ayında əhəmiyyətli hadisələr yaşayacaqlar. Onlar uzun müddət məşğul olduqları istənilən işdən cavab alacaqlar. Bu inkişaf onların qazanclarında da əhəmiyyətli formada özünü nümayiş etdirəcək.
21 aprel - 21 may tarixləri arasında doğulan və yer elementinə sahib olanBuğa bürcünün nümayəndələri sevdikləri insanlara böyük əhəmiyyət verən insanlardır. Keyfiyyətli həyat sürməyi sevən Buğalar pul xərcləməyi də bacarırlar. Bu kontekstdə onların xərclədikləri pullar həmişə əvəzlənir. Bu il Buğaların bəxti gətirəcək, mart onların dərdlərinə dərman kimi olacaq.