METBUAT.AZ

Sağlamlıq

Bu ədviyyat ürək xəstəlikləri riskini azaldır

8 Fevral 2024 15:14

Zəncəfil qədim zamanlardan bəri istifadə olunur.

İltihab əleyhinə təsirə malik, hündürlüyü təxminən 1 metr olan, ədviyyat və təbii dərman kimi geniş istifadə olunan çoxillik ot bitkisidir. Zəncəfil toz və zəncəfil çayı şəklində istifadəsi ilə yanaşı, yeməklərə dad vermək üçün də istifadə edilir.

Tərkibindəki gingerol maddəsi ilə iltihab əleyhinə təsir göstərən zəncəfilin faydaları aşağıdakılardır:

Zəncəfil həzm prosesini sürətləndirir

İmmuniteti artırır

Ürək bulantısına yaxşı gəlir

Zəncəfil qan şəkərini aşağı salan təsirə malikdir

Premenstrüel gərginlik sindromunun simptomlarını aradan qaldırır

Zəncəfil xolesterolu idarə etməyi asanlaşdırır

Anksiyete, depressiya və travma sonrası stress pozğunluğu üçün yaxşıdır

Ürək xəstəlikləri riskini azaldır

Mədə ağrısı, şişkinlik və həzmsizliyin qarşısını alır

İshal və qəbizliyi aradan qaldıra bilər.

Bəlğəmgətirici xüsusiyyəti ilə öskürəyə yaxşı gəlir

Arıqlamağa kömək edir

İltihab əleyhinə təsirinə görə oynaq və əzələ ağrılarına yaxşı təsir edir.

Osteoartritin təsirini azaldır

Beyin funksiyalarını dəstəkləyir

Toksinlərin bədəndən çıxarılmasına imkan verir

Xərçəngin müalicəsində həkim nəzarəti altında istifadə edilə bilər

Qan şəkərini aşağı salır.

Zəncəfil müntəzəm şəkildə istifadə edildikdə qan şəkərini azaltmağa kömək edə bilər.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.