5 Fevral 2024 10:10
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Metbuat.az-a verilən məlumata görə, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.