5 Fevral 2024 16:54
Yeni həftədə astrologiya həvəskarları üçün şad xəbərimiz var. Astroloqların proqnozlarına görə, bu həftə dörd bürc üçün xüsusilə yadda qalacaq.
Metbuat.az xarici KİV-ə istinadən bir həftə ərzində xoşbəxt olacaq bürcləri təqdim edir.
Oxatan (22 noyabr - 21 dekabr): Oxatan bürcü bu həftə müsbət enerjisi və macəra dolu ruhu ilə diqqət çəkə bilər. Bu bürcdən olanları maraqlı fürsətlər və xoş anlar gözləyir.
Balıqlar (19 Fevral - 20 Mart): Balıqlar emosional zəkaları və daxili rahatlıqları sayəsində bu həftənin şanslılarından ola bilərlər. Onların münasibətlərində harmoniya müşahidə ediləcək.
Buğa (20 Aprel - 20 May): Buğalar bu həftə maliyyə məsələlərində müsbət irəliləyişlərlə qarşılaşa bilərlər. Onları maliyyə sabitliyi və biznes məsələlərində uğur gözləyir.
Şir (23 iyul - 22 avqust): Şirlər özlərinə inamları və müsbət enerjiləri sayəsində bu həftə iş həyatında uğur qazanıb həm də mükafat alacaqlar.
Aidə / Metbuat.az