1 Fevral 2024 17:55
Veb-kamera quraşdırılması insanları güdmək deyil.
Metbuat.az xəbər erir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ötən gün veb-kameraları izləyəndə fərqi özü də müşahidə edib:
"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".
MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır:
"Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".