METBUAT.AZ

Siyasət

Bu quruma yeni səlahiyyət verildi -

20 Fevral 2024 16:23

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”ndə və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməlidir.

“Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməlidir.


metbuat.az.