24 Fevral 2024 13:20
TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.
Metbuat.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.
Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.