12 Fevral 2024 16:29
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin əməliyyatı başa çatıb.
Metbuat.az xəbər verir ki, bəstəkar bu gün Türkiyədəki “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı keçirib, beynində angioqrafiya və stentləmə aparılıb. Əməliyyatı uğurla başa çatan bəstəkarın vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Cavanşir Quliyevin bir neçə gün əvvəl Türkiyədə səfərdə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı. Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.
Metbuat.az