14 Fevral 2024 14:51
Çempionlar Liqasında “Leypsiq” - “Real Madrid” matçının 2-ci dəqiqəsindəki epizod qalmaqala səbəb olub.
Metbuat.az xəbər verir ki, 2-ci dəqiqədə "Leypsiq"in vurduğu qol qeydə alınmayıb. VAR hakimləri hesab edib ki, "Leypsiq"in futbolçusu Henrixs "Real"ın qapıçısı Luninin qarşısını kəsib. Bu qərar birmənalı qarşılamayıb. İspaniya mətbuatında “Barselona” cəbhəsinə yaxın qəzetlər “"Real Madrid”ə dəstək olurlar?” deyə sual ediblər.