METBUAT.AZ

İdman

Çətin qrupa düşdük -

8 Fevral 2024 22:25

"Düşünürəm ki, çətin qrupa düşdük".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətər Liqasındakı püşkatma barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: "Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.


metbuat.az.