METBUAT.AZ

Hadisə

Dəm qazından boğularaq ölən qadın müəllim imiş -

28 Fevral 2024 10:31

Ötən gün Yevlax rayon Nərimanabad kəndində yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişən 62 yaşlı Zöhrə Səfərova müəllim imiş.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Yevlax rayon Nərimanabad kənd məktəbi məlumat yayıb.

Bildirilib ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən qadın həmin kəndin orta məktəbinin ibtidai sinif müəllimi olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


metbuat.az.