METBUAT.AZ

Ölkə

DİN və Penitensiar xidmət Balakəndə birgə əməliyyat keçirdi

15 Fevral 2024 19:50

Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.

Bu barədə Metbuat.az-a Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.