26 Fevral 2024 12:00
Dollara olan tələbin nisbətən artması dövri xarakter daşıyır. Eyni zamanda bu artım qarşıdakı müddətdə azalmasa belə, hazırki miqdarda olan göstəricini qarşılamaq üçün ölkənin valyuta ehtiyatları var.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, artım tempi mövcud iqtisadi durum üçün hər hansısa bir təhlükə yaratmır. Hansısa təhlükə yatarmırsa o zaman dolların bahalacağı ilə bağlı bir gözləntinin olduğunu deyə bilmərik. Dolların bahalaşması manata olan təzyiqin hədsiz artması və bu təzyiqi qarşılamaq imkanının olmayacağı təqdirdə mümkündür. Manata olan təzyiqin qarşılanması üçün hazırda ölkənin mövcud ticarət dövriyyəsində sabit müsbət saldo var. Ölkəyə neft və qaz gəlirləri daxil olmaqdadır. Strateji valyuta ehtiyatları kifayət qədərdir. Neftində qiyməti büdcədə nəzərdə tutulandan yuxarı səviyyədədir".
Ekspert bilıdirib Kİ, bu faktorlar deməyə əsas verir ki, hazırda manatın məzənnəsi ilə bağlı narahatedici bir məqam yoxdur.
"Amma təbii şəkildə manatın məzənnəsi ilə bağlı qərar verən qurum Mərkəzi bankdır. Bu baxımdan birbaşa proseslər Mərkəzi bankdan aslıdır. Təbii iqtisadi proseslərə əsaslansaq hazırda manata olan təzyiqi qarşılamağa imkan var. Devalvasiyanın baş verməsinə bir zərurət yoxdur.
Seyranə Quliyeva / Metbuat.az