29 Fevral 2024 13:50
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 16 valyuta hərracında 1 milyard 287.7 milyon ABŞ dolları satılıb.
Metbuat.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfəçoxdur. Belə ki, ötən ilin yanvar-fevral aylarında keçirilən valyuta hərraclarında banklara 545 milyon ABŞ dolları satılıb.
Cari ilin fevral ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 870.6 milyon dollar təşkil edib.