METBUAT.AZ

İqtisadiyyat

Dolların bahalaşmasına iddialarına səbəb bu imiş -

6 Fevral 2024 16:10

“Bizim vətəndaşların əksəriyyəti köhnə dolları götürmədikləri üçün bəzi banklar da ili köhnə olan dolları götürməmək barədə qərar qəbul edirlər. Banklar buraxılış ili köhnə olan dollarları götürmədikləri üçün də vətəndaşlar da düşünürlər ki, bahalaşma olacaq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı Fuad İbrahimov bildirib.

O deyib ki, qanunla AMB yalnız manatla bağlı öhdəliklərə malik olduğu üçün dollarla bağlı problemlərə məhsuliyyət daşımır:

“Vətəndaş köhnə dollar götürmədikdə həmin əskinaslar bankların anbarlarında yığılıb qalır. Bunu da xaricə göndərib dəyişmək, bahalı bir prosesdir. Dağılmış, ziyan görmüş, cırılmış, köhnəlmiş manatı rahatlıqla bankda dəyişmək olar.Amma dolların manata nəzərən bahalaşmasına səbəb olacaq şərait yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.