METBUAT.AZ

İqtisadiyyat

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar

9 Fevral 2024 18:14

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3% və ya 58,7 milyon manat artıb.

Bu barədə Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu dövrdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% artaraq 285,2 milyon manatdan çox olub.


metbuat.az.