27 Fevral 2024 18:17
Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 16,1 milyon manat kredit verilib.
Metbuat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82,95 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30,1 % azalaraq 20,9 milyon manat olub.
Ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən vəsait ayrılmayıb.